Boyan İliç Reynaldonun zəif çıxışının səbəblərini açıqladı
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Boyan İliç Ağdam klubunun indiki çıxışından, eləcə də Reynaldonun oyununun alınmamasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, yaxşı futbolçudur. Fikrimcə, Reynaldonun əvvəlki səviyyəyə qayıtmasına zədəsi mane olur. İstənilən futbolçu üçün zədədən sonra formasını bərpa etmək çətin olur. Bu, elə də asan deyil. Bəzən bunun üçün 6 ay lazım gəlir. Bəzən heç 6 ay da bəs etmir. Bu, onun indiki çıxışının əsas səbəbidir. Reynaldoda zədə olmasa, o, gec-tez əvvəlki formasını bərpa edəcək. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb. Motivasiya baxımından problem var. Özü də bu, tək Reynaldoya yox, ölkənizdə çıxış edən digər legionerlərə də aiddir. Bu mövsüm onlar üçün yalınız avrokuboklar oyunlarına, bir də "Qəbələ" ilə görüşlərə köklənmək baxımından çətinlik olmadığını düşünürəm".