Mahmud Qurbanov: Katalin Tiranı Neftçidən qovmaq lazımdır
29 oktyabr 2016 00:20
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Neftçi"nin hücumçusu Katalin Tiranın "Qarabağ"la oyunda meydançaya daxil olan azarkeşi vurmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bununla bağlı bircə şeyi deyə bilərəm. Onu "Neftçi"dən qovmaq lazımdır. Kimin nə dediyini, nə düşündüyünü bilmirəm. Amma mənə elə gəlir ki, bu cür futbolçunu komandadan qovmaq lazımdır. Vəssalam".