Nazarov oynamadı, klubuna 6 qol vurdular
29 oktyabr 2016 00:05
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "1860 Münhen"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 2:6.
Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ersgebirge" 11 turdan sonra 10 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.