Fərcad-Azad: Sumqayıtla oyunun mənim üçün xüsusi olduğunu deməzdim
29 oktyabr 2016 00:00
"İnter"in hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mövsüm hələ uduzmamağımız xoşdur. Müdafiə futbolu oynayırıq, elə də risk etmirik. Qarşıda keçmiş klubum "Sumqayıt"la oyunumuz var. Bu oyunun mənim üçün xüsusi olduğunu deməzdim. Rəqib barədə çox düşünməməyə çalışıram. Bizi "Qarabağ", "Qəbələ" də daxil olmaqla rəqiblər yox, daha çox öz oyunumuz düşündürür".