Mirça Rednik: Xəzər Lənkəranda ilimə 500 000 avro qazanırdım
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik Rumıniya Futbol Federasiyasının rəsmisi Razvan Burleanunun onun "məşqçi-agent" adlandırmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bu barədə açıqlamasında Azərbaycandakı fəaliyyətini də yada salıb:
"O, məni belə adlandırıb? Nə olsun ki? Mən karyeramla bağlı bəzi məqamları yada salmaq istərdim. "Standard"da elə komanda formalaşdırmışdıq ki, qələbələr, titul qazandı. Məndən sonra onar oyunçuları 50 milyon avroya satdılar. Vaxtilə "Dinamo"ya elə futbolçular cəlb etdik ki, onlar sonra klubun xəzinəsinə 1,5 milyon avro qazandırdılar. Azərbaycanın "Xəzər Lənkəran" klubunda ilimə 500 000 avro qazanırdım. İki il ərzində tituallar uğrunda mübarizə apardıq, ölkə kubokunu qazandıq. Məndən sonra gələn Con Toşak avrokubokların təsnifat mərhələsində heç bir mərhələ də keçə bilmədi".