Sonuncu dəfə Bakı İnterinin etdiyini Anji də təkrarladı
28 oktyabr 2016 17:30
Futbol üzrə Rusiya Kubokunun 1/8 finalında "Zenit"in Mahaçqala "Anji"sinə 0:4 hesablı məğlubiyyəti qonşu ölkə mətbuatında geniş əks-səda doğurub. Azerisport.az xəbər verir ki, rusiyalı həmkarlarımız Sankt-Peterburq təmsilçisinin əvvəlki böyük hesablı yenilgilərini araşdırıblar.
Onların yazdığına görə, "Zenit" sonuncu dəfə 2011-ci ildə yanvarın 21-də Bakı "İnter"inə qarşı Birlik Kuboku çərçivəsindəki oyunda 0:5 hesablı yenilgiyə üzülüb.