Qarabağdan növbəti qələbə, Qəbələ Neftçiyə uduzdu
28 oktyabr 2016 16:00
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 10-cu tura start verilib. Azersiport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Qeydə alınan nəticələr belədir:
Əvəzedicilərin çempionatı
10-cu tur
28 oktyabr
AZAL - “Qarabağ” - 1:3
Qollar: Renat Aşurov, 36 - Şahin Əliyev, 55. Nicat Abbasov, 75. Ruslan Hacıyev, 90+1-pen.
“Qəbələ” - “Neftçi” - 0:1
Qol: İbrahim Əliyev, 41.