Rauf Əliyev: İnterdə hamının ona hörməti var idi, amma nəyə görəsə getməyə qərar verdi
28 oktyabr 2016 13:10
"İnter"in hücumçusu Rauf Əliyev klub prezidenti Rəşad Sadıqovun postundan ayrılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onun gedişi bizim üçün gözlənilməz oldu. O, bizim üçün həm klub prezidenti, həm də böyük qardaş idi. Həmişə bizə dəstəyini nümayiş etdirirdi. Klubda hamı ona hörmət edirdi. Amma niyəsə getməyə qərar verdi. Ona gələcək işlərində uğurlar arzulayıram".
Əliyev "Neftçi"nin hücumçusu Katalin Tiranın məlum qalmaqallı hərəkətindən də söz açıb: "Əlbəttə, Tira doğru hərəkət etməyib. Amma azarkeş də meydana qaçmalı deyil, tribunada olmalıdır. Onun yerində mən olsaydım, necə davranmalı olduğumu deyə bilmərəm. Yəqin ki, emosiyalarımı qorumağa çalışardım".