Paşayev penaltini qaçırdı, Stal Ukrayna kuboku ilə vidalaşdı
28 oktyabr 2016 10:30
Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da bu mərhələdə öz oyununu keçirib.
Sözügedən klub səfərdə "İliçevets"lə qarşılaşıb. Paşayevin start heyətdə meydana çıxdığı və sonadək mübarizə apardığı oyunun əsas hissəsi 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da başqa qol olmayınca, qalib penalti seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "İliçevets" 4:2 hesabıyla üstün olaraq, 1/4 finala yüksəlib. Penalti seriyasında iştirak edən Pavel də dəqiq oynamayıb. Onun zərbəsini rəqib qolkiper dəf edib.