Ufuk Budak kubok matçında oynamadı
28 oktyabr 2016 01:00
Futbol üzrə Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti sınağına çıxıb.
Kayseri klubu doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, "Kayserispor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Ufuk bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.