Kamal Quliyev: Katalin Tira qovulmalı, azarkeşlərdən də üzr istəməlidir
28 oktyabr 2016 00:50
"Neftçi"nin keçmiş futbolçusu və məşqçisi Kamal Quliyev bu komandanın rumıniyalı legioneri Katalin Tira ilə bağlı gündəmi zəbt edən qalmaqala münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tiranı klubdan qovmaq lazımdır. Onsuz da onun komandaya heç bir faydası dəymirdi. Hər bir legioner "Neftçi" üçün vacib olduğunu dərk etməlidir. Klub rəhbərliyi, məşqçilər futbolçulardan peşəkarlıq tələb etməlidirlər. Çünki futbolçu da pulunu ala bilməyən kimi FİFA-ya müraciət edir. Katalini qovmaq lazımdır. Amma öncə onun komandanın azarkeşlərindən üzr istəməsi lazımdır".