“Rəqib buraxdığımız səhvlərdən maksimum yararlandı”
28 oktyabr 2016 00:05
U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Avstriya - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 1:3 hesablı yenilgini belə şərh edib:
“Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək, yaxşı komanda olduğunu sübut edib. Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.