Rəşad Qasımov İnterin prezidenti postundan getdi
27 oktyabr 2016 18:15
“İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Azerisport.az klub saytına istinadla xəbər verir ki, “İnter”in prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
“İnter” rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.