Gerhard Proqni: AZAL qapıya cəmi bir zərbə endirdi, o da qol oldu
27 oktyabr 2016 17:00
"Zirə"nin yarımmüdafiəçisi Gerhard Proqni Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Ağır oyun olacağını bilirdik. Bunu gözləyirdik. Fikrimcə, iki xal itirdik. Çünki qələbəyə yaxın idik. İlk qoldan sonra daha bir top vura bilsəydik, qələbə qazanardıq. Fasilədən sonra AZAL qapımıza cəmi bir zərbə vurdu, o da qol oldu. Xal itirdiyimiz üçün üzgünəm".