Robert Prosineçki: Almaniya ilə oyunun favoriti olmağımız mümkünsüzdür
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Biz doğrudan da böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə əmindirlər, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər".
Prosineçki DÇ-1998-də Xorvatiya yığmasının heyətində Almaniya ilə oyunda imza atdıqları sürprizi Azərbaycan yığması ilə təkrarlamağın mümkünlüyünə dair suala belə cavab verib: "Biz Almaniya yığmasından danışırıq! Hans ki, bu komandada bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər. Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun Madrid "Real"ına, "Barselona"ya qarşı oyunun favoriti adlandırılmasına bənzəyir". (FİFA)