Qarabağ ən çox qol buraxan iki komandadan biridir
27 oktyabr 2016 14:00
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunları ərəfəsində UEFA iştirakçı komandalarla bağlı statistik məlumatları açıqlayıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"la növbəti görüş (Bakıda baş tutan ilk qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə bitib) Yunanıstan PAOK-u üçün Azərbaycan təmsilçilərinə qarşı keçirdiyi 4-cü duel olacaq. PAOK əvvəlki oyunların heç birində təmsilçilərimizə qol vura bilməyib.
"Qarabağ" üçün mənfi məqam isə komandamızın Rumıniya "Astra"sı ilə birgə bu mövsüm ən çox qol buraxan iki klubdan biri olmasıdır. "Astra" geridə qalan 3 oyunda 8, "Qarabağ" 7 qola üzülüb.