Elxan Abdullayev: Mən nə qədər Neftçidəyəm, Tira oynamayacaq
27 oktyabr 2016 13:00
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bəyan edib ki, onun üçün Katalin Tira mövzusu artıq qapanıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Katalin məşqlərdən və oyunlardan kənarlaşdırılıb. Bu barədə ona ötən gün bazaya gələndə də məlumat verilib. Nə qədər ki, mən "Neftçi"dəyəm, o, bu komandada oynamayacaq. Tiranın gələcək karyerasına gəlincə, klub hazırda bu məsələnin həlli ilə məşğuldur. Müqavilənin ləğv edilməsinə çalışırlar. Nə vaxt qərar qəbul edilsə, klub bu barədə açıqlama yayacaq".
Qeyd edək ki, Tiranın "Neftçi" - "Qarabağ" oyununda meydana daxil olan azarkeşi vurduğuna görə, klubdan uzaqlaşdırılması gözlənilir.