Kəpəz Zirə ilə səfər oyununa paytaxtda hazırlaşır
27 oktyabr 2016 12:20
Topaz Premyer Liqasının 10-cu turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oktyabrın 25-dən həftəsonu keçirəcəyi oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, komanda qarşıdakı matça Bakıda hazırlaşır.
“Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. “Kəpəz”in məşqləri saat 11:00-a təyin olunub.