Yığmamız Avstriyaya da məğlub oldu
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı millimiz bu dəfə Avstriya komandası ilə qarşılaşıb.
Rumıniyanın Buftya şəhərindəki FRF Futbol Mərkəzinin stadionunda keçirilən oyun millimiz üçün uğursuz alınıb. Komandamız bu dəfə də meydanı məğlub tərk edib.
Qrupun digər oyununda isə İngiltərə Rumıniyanı darmadağın edib - 3:0.
Qeyd edək ki, ilk turda Azərbaycan İngiltərəyə 0:2 hesabıyla məğlub olduğu halda, Avstriya rumınlara qalib gəlmişdi - 2:1.
AÇ-nin seçmə mərhələsi
6-cı qrup
27 oktyabr
Azərbaycan - Avstriya - 1:3
Qollar: Aqanoviç, 3 (1:0), X.Sadıxov, 23 (1:1), Şmid, 60 (2:1), Vunş, 74 (3:1).
Hakimlər: Petur Raynert, Endryu Kristiansen (hər ikisi Farer adaları), Daniel Mitruti, Ketelin Qaman (hər ikisi Rumıniya).
Azərbaycan: 1. Məhəmməd Can Tuncer, 2. Onur Taha Takir, 3. Rüstəm Nuriyev, 4. Şahan Akyüz, 5. Fərid Nadirov (k), 6. Vüsal Mustafayev, 7. Şakir Seyidov (15. Tahir Zeynalov, 72), 8. Turan Vəlizadə, 9. Murad Mahmudov (16. Fərid Mahmudov, 65), 11. Kamran Quliyev (18. Məhəmməd Abbaslı, 52), 17. Xaqani Sadıxov.
Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 13. İdris İnqilablı, 14. İzzət Müştaqov, 15. Tahir Zeynalov, 10. Mutlu Aksu Doğan.
Baş məşqçi: Vüqar Məmmədov.
Avstriya: 21. Belmin Jenciragic, 2. Lorens Leskosek, 4. Benjamin Wallquist (k), 6. Vesel Demaku, 7. Thierno Ballo (14. Lion Schuster, 75), 9. Martin Krienzer (19. Cristoph Weyermayr, 80+1), 10. Romano Şmid, 11. Aldin Aqanoviç (17. Andre Muhr, 77), 15. Christoph Klarer, 16. Lukas Sulzbacher, 18. Nikolas Vunş.
Ehtiyat oyunçular: 1. Daniel Antosch, 5. Paul Garoba, 8. Julian Buchta, 20. Fabian Markl.
Baş məşqçi: Hermann Stadler.