Qarabağın rəqibi Krotone ilə bacarmadı
27 oktyabr 2016 01:45
Futbol üzrə İtaliya çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Krotone" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 13 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb. Cari mövsümdə 2-ci xalını məhz "Fiorentina"dan alan "Krotone" isə sonuncu pillədədir.