Qarabağın rəqibi xal itirdi
27 oktyabr 2016 00:35
Futbol üzrə Çexiya çempionatında əvvəlki turlardan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Karvina" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, "Slovan" hazırda 13 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.