Qəbələnin rəqibi Mexelenə qalib gəldi
27 oktyabr 2016 00:25
Futbol üzrə Belçika çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Mexelen"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 2:0.
Qeyd edək ki, "Anderlext" 12 turdan sonra 24 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.