Qarabağın rəqibi kuboka qələbə ilə başladı
27 oktyabr 2016 00:15
Futbol üzrə Yunanıstan Kubokunda qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan PAOK da ilk sınağına çıxıb.
Sözügedən klub doğma meydanda "Larissa" ilə qarşılaşıb. Oyun Ağdam klubunun rəqibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" bir neçə gün öncə Bakıda PAOK-a 2:0 hesabıyla qalib gəlmişdi. Bu klublar arasındakı ikinci oyun noyabrın 3-də Salonikidə baş tutacaq.