Emin Nurinin komandası doğma meydanda uduzdu
27 oktyabr 2016 00:05
İsveç çempionatında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Gefle" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
Emin bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 30-cu dəqiqədə sarı vərəqə də alıb.
"Kalmar" geridə qalan turlarda topladığı 41 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.