Ramil Şeydayev bir hissə oynadı, Trabzonspor mərhələ keçdi
26 oktyabr 2016 17:45
Futbol üzrə Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti sınağına çıxıb.
Trabzon klubu səfərdə aşağı liqa təmsilçisi "Çorum Belediyespor"la qarşılaşıb. Oyunda hesablı çorumlular açıblar. Trabzonlular bu qola yalnız matçın 85-ci dəqiqəsində cavab verə biliblər. Nəticədə, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. 109-cu dəqiqədə qələbə qoluna imza atan futbolçumuzun komandası meydanı qalib tərk edərək, mərhələ adlayıb - 2:1.
Qeyd edək ki, baş məşqç i Ərsun Yanal Şeydayevi bu oyunda start heyətdə meydana buraxıb. Amma görünür etimadı doğrultmayan Ramil fasilədə əvəzlənib.