AFFA Katalin Tiraya 5 oyun cəza verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Kəpəz” - “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
AZAL - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” - “Qarabağ” matçında meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub. “Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.