Samir Abasov: Əsas hədəfimiz uduzmamaq idi
25 oktyabr 2016 19:10
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Sentyabrın 22-dəki "Qəbələ" səfərində məğlubiyyətindən sonra ay keçsə də, bu matç yadımızdan çıxmayıb. Oyuna çox ciddi hazırlaşmışdıq. Əsas hədəf o idi ki, meydanda rəqibə uduzmayaq, bunu da etdik".