Cavid Hüseynov 14 ay sonra Qəbələ ilə oyuna çıxdı
25 oktyabr 2016 18:00
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov 14 aylıq fasilədən sonra ilk dəfə meydana çıxıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan Topaz Premyer Liqasının 9-cu turunun "Sumqayıt"la səfər matçının iştirakçısı olub.
Baş məşqçi Roman Qriqorçuk yarımmüdafiəçinin matçın 83-cü dəqiqəsində meydana buraxıb.