Əsgərov: Latviyanın yüksək liqasında çıxış etsəydim, Prosineçkidən dəvət gözləyərdim
25 oktyabr 2016 16:25
Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda Latviyanın ikinci liqasında çıxış edən "Olayne"də top qovan Vüqar Əsgərov bəyan edib ki, milli komandamızda oynamağa ümid etmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmada oynamaq barədə düşünmürəm. Düzdür, bu mövsüm 36 qol vurmuşam. Buna görə məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram. Latviyanın yüksək liqasında çıxış etsəydim, Robert Prosineçkidən dəvət gözləyərdim. Heç onun məni tanıyıb-tanımadığını da bilmirəm. Onun bu suala cavabı mənə də maraqlıdır".