Vurğun Hüseynov: Qəbələ ilə oyunda ilk ev qələbəsini qazanmaq istəyirik
25 oktyabr 2016 15:25
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün çətin oyun olacaq. Çünki çempionluq uğrunda mübarizə aparan komandaya qarşı mübarizə aparacağıq. Evdə oynadığımızı nəzərə alsaq, qələbə qazanmağa çalışacağıq. Bu mövsüm hələ evdə qələbəmiz yoxdur. Bu uğursuz gedişata son qoymalı, azarkeşlərimizi sevindirməliyik. "Qəbələ"yə birinci dövrədəki səfər oyununda layiqli müqavimət göstərmişdik. Ən azından bir xal qazana bilərdik, amma alınmadı. Həmin oyunu artıq unutmuşuq. Düzdür, hakim həmin matçda səhvə yol vermişdi, amma belə hallar olur. Hamımız insanıq".