Filip Ozobiç: Sumqayıtla oyunda xal itirmək olmaz
25 oktyabr 2016 14:50
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün bizi çətin matç gözləyir. "Sumqayıt"a qalib gəlməliyik. Fikrimcə, buna nail ola bilərik. Liderik və çempionatdakı uğurlu çıxışımızı davam etdirmək istəyirik. "Sumqayıt"la birinci dövrədəki oyunumuz çətin alındı. Buna görə də qarşıdakı oyunda diqqətli oynamalıyıq. Xal itirmək olmaz".