Rail Məlikov: Qəbələyə qalib gəlmək istəyirik
25 oktyabr 2016 13:30
"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Liderə qarşı oynayacağıq. Layiqli mübarizə aparıb, qələbə qazanmaq istəyirik. Çətin və maraqlı oyun olacaq. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində güclü rəqiblərə qarşı oynayır. Fransada "Sent-Etyen"ə qarşı keçirdikləri son oyunda Baqali Dabo və Rəşad Sadiqov oynamırdı. Onlarla "Qəbələ" daha yaxşı oyun sərgiləyərdi".