Elxan Abdullayev: Qarabağ Neftçidən güclü olsa da, təslim olmağa hazırlaşmırıq
25 oktyabr 2016 11:00
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Obyektiv yanaşsaq, "Qarabağ" "Neftçi"dən bir qədər güclüdür. Hazırda ölkənin ən yaxşı komandasıdır. Buna baxmayaraq, təslim olmağa hazırlaşmırıq. Mübarizə aparacağıq. Heç üç xal üçün də olmasa, klubumuzun imici naminə. Hər bir oyunçu başa düşməlidir ki, belə oyunlar azarkeşlər qarşısında bəraət qazanmaq üçün bir şansdır. Bu cür oyunlar həm də futbolçular üçün yaxşı şans sayılmalıdır".