Qəbələ Cavid Hüseynovu sifariş etdi
24 oktyabr 2016 17:40
"Qəbələ" Cavid Hüseynovun adını Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə daxil edib. Azerisport.az xəbər verir ki, bölgə klubu 14 ay futbol oynamayan sabiq kapitanını yenə 14 nömrə ilə sifariş edib.
Qeyd edək ki, Hüseynov "Qəbələ" ilə təxminən bir həftə öncə müqavilə imzalayıb.