Şərur UEFA Kubokuna böyük hesablı məğlubiyyətlə başladı
24 oktyabr 2016 17:10
Macarıstanda UEFA Regionlar Kubokunun 8-ci seçmə qrupunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə "Şərur" təmsil edir.
Azərbaycan klubu bu gün ilk oyununda Finlandiyanın "İst Distrixt" komandası ilə qarşılaşıb. Oyun "Şərur"un böyük hesablı məğlubiyyəti ilə bitib - 0:3.
Qeyd edək ki, "Şərur" bu oyuna aşağıdakı heyətlə çıxıb: İlqar Məmmədli, Xaqan Məmmədli, Elmar Mirzəyev, Musa Rəhimov (k), Nurəli Əsədov, Üzeyir Sadıqov, Elvin Əlizadə, Nicat Tağıyev, Nahid Mehrəliyev, Elvin Bayramov, Valeh Seyidov.
Qrupun digər oyununda Macarıstan "İst Region"u Xorvatiya "Zaqreb"inə 0:4 hesabıyla uduzub.