“Yaxşı oyun göstərdiyimizə görə özümüzü təbrik edirəm”
Topaz Premyer Liqasının 9-cu turunda keçirilən “Kəpəz” – “İnter” (0:0) oyununda Renan da Silva meydanda ən yaxşılardan biri idi. Azerisport.az xəbər verir ki, braziliyalı müdafiəçi yenə arxa xətdə etibarlı çıxışı ilə yadda qaldı.
Klub saytına danışan Silva ev matçını dəyərləndirib: "Ümumilikdə biz yaxşı oynadıq. Butün komanda üzvləri verilən tapşığın öhdəsindən layiqincə gəldilər. Birinci hissə daha istəkli idik. Qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, epizodları lazımınca qiymətləndirə bilmədik. Fasilədən sonra isə “İnter” bir neçə vəziyyətdə qola yaxınlaşdı. Ancaq bütün cəhdlərə baxmayaraq yekunda qarşılaşma 0:0 hesabıyla başa çatdı. Qələbə qazana bilməsək də, yaxşı oyun göstərdiyimizə görə özümüzü təbrik edirəm. Belə davam etmək lazımdır".