Elxan Abdullayev: Fikrimcə, Araz Abdullayevlə heç vaxt problemim olmayacaq
24 oktyabr 2016 14:40
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev komandanın kapitanı Araz Abdullayevlə münasibətləri barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim onunla heç vaxt problem olmayıb, yoxdur və düşünürəm ki, heç vaxt da olmayacaq. Arazla münasibətlərimin pis olması barədə yayılan xəbərlər hamısı yalandır. Axı baş məşqçi ilə futbolçu arasında necə münasibət ola bilər? O, məşq edir və məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirir".