Neftçi – Qarabağ oyunu 1 manata
24 oktyabr 2016 13:20
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, oktyabrın 25-də “Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.