Xorvatiya prezidenti Bakıda Prosineçki ilə görüşdü
24 oktyabr 2016 12:40
Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanda rəsmi səfərdədir. Azerisport.az xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində ölkəmizdə yaşayan xorvatiyalılarla görüşüb.
Onların arasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki, "Neftçi"nin qapıçısı Krşevan Santini də olub. Xanım prezident həmyerlilərinə ölkələrini Azərbaycanda layiqli təmsil etdiklərinə görə təşəkkürünü çatdırıb.