Cavid Hüseynov Sumqayıtla oyuna hazırlaşır
24 oktyabr 2016 13:00
"Qəbələ" Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi bu oyuna itkilərlə çıxacaq.
Belə ki, zədə səbəbindən Nika Kvekveskiri, Elvin Camalov, Baqali Dabonun qarşıdakı görüşdə iştirak etməyəcəyi dəqiqdir. Məşqçilər korpusu Rəşad Sadiqovla da bağlı riskə əl atmaq istəmir.
Əvəzində Cavid Hüseynov komanda ilə məşqlərə başlayıb.