AZAL - Zirə matçı da heç-heçə başa çatdı
Topaz Premyer Liqasının 9-cu tur davam edir. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş baş tutub.
Çempionatın aşkar autsayderi AZAL doğma meydanda "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. İlk oyun günündəki "Kəpəz" - "İnter" matçında olduğu kimi, bu oyunda da qalib müəyyənləşməyib. Düzdür, Gəncədəki oyundan fərqli, bu görüşdə azarkeşlər qol görüblər. İlk yarıda qonaqlar penaltidən yararlanaraq hesabı açıblar Amma ikinci hissədə şüvəlanlılar məğlubiyyətdən qaça biliblər. Nəticədə, tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.
Topaz Premyer Liqası
9-cu tur
24 oktyabr (bazar ertəsi)
AZAL - “Zirə” - 1:1 (0:1)
Qollar: S.M.Kolli, 25-pen. (0:1). D.Canelidze, 64 (1:1).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
Bakı. “AZAL Arena”.
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 7. Kamal Mirzəyev, 55. Qeyrət Əliyev, 10. Nuqzar Kvirtiya, 11.Ruslan Nəsirli, 77. Adan Koronado, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 27. Eltun Hüseynov, 12. Mahsun Qənbərli, 4. Qvanzav Maqomedov, 21. David Canelidze, 17. Rəşad Abdullayev, 15. Brayn Fok.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zirə”: 1. Anar Nəzirov (k), 18. Tural Cəlilov, 5. Adil Nağıyev, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 11. Viktor İqbekoyi, 8. Milan Duriç, 7. Gerhard Proqni, 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 10. Elvin Məmmədov, 77. Yamin Ağakərimzadə, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
Turun digər oyunları: “Kəpəz” – “İnter” - 0:0. 25 oktyabr (“Sumqayıt” – “Qəbələ”, “Neftçi” – “Qarabağ”).