Vüqar Nadirov: Qarabağa lazımammı?
24 oktyabr 2016 00:50
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Nadirov oynamaq şansı qazana bilməməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən məşqlərimi davam etdirirəm. Qurban Qurbanov nə vaxt lazım bilsə, onda da meydana buraxır. Nə vaxt şans qazansam, bundan maksimum yararlanmaq istəyirəm. "Qarabağ"a lazımammı? Bunu mən deyə bilmərəm. Qoy bu barədə mütəxəssislər, azarkeşlər fikir bildirsinlər. Ümid edirəm ki, əvvəlki formamı bərpa edib, komandama kömək edəcəyəm".