Nəsirov oynadı, Sportinq qalib gəldi
24 oktyabr 2016 00:15
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Leyşoynş" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nəsirov bu görüşün 46-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 17 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.