Qarabağın rəqibi liderə məğlub oldu
Futbol üzrə Yunanıstan çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub səfərdə lider "Olimpiakos"la qarşılaşıb. PAOK bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Hesabı 9-cu dəqiqədə PAOK-lu Varela açsa da, 25-ci dəqiqədə o, avtoqola imza atmaqla rəqib komandanı da sevindirib. 90+6-cı dəqiqədə daha bir qol buraxan qonaqlar məğlubiyyətdən yaxa qurtara bilməyiblər.
Qeyd edək ki, hesabından 3 xalı silinmiş "Qarabağ"ın rəqibi hazırda 8 xalla 16 klub arasında 8-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Ağdam klubu Avroliqadakı növbəti matçını noyabrın 3-də səfərdə məhz PAOK-a qarşı keçirəcək. Bir neçə gün öncə Bakıda bu iki komanda arasında baş tutan dueldə ağdamlılar 2:0 hesablı qələbəyə sevinmişdilər.