Eddi oynamadı, komandası xal itirdi
23 oktyabr 2016 22:30
Futbol üzrə İspaniya ikinci liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "UCAM Mursiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.
İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Kadis" 11 turdan sonra 11 xalla 22 klub arasında 19-cu pillədə qərarlaşıb.