Emin Nurinin komandasından daha bir qələbə
23 oktyabr 2016 22:00
İsveç çempionatında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Haaken"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:2.
Əsas heyətin daimi üzvü olan Emin sarı vərəqə limitini aşdığına görə, bu görüşü buraxmalı olub.
"Kalmar" geridə qalan turlarda topladığı 41 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.