Nazarov oynadı, komandası uduzdu
23 oktyabr 2016 20:30
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Yunion Berlin"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Nazarov bu görüşün 83-cü dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Ersgebirge" 10 turdan sonra 10 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.