Rüfət Dadaşov qol vurdu, komandası ilk qələbəsini qazandı
23 oktyabr 2016 20:00
Almaniyanın Şimal-Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "RB Leyptsiq" klubunun ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0. Bu, Rüfətin komandasının geridə qalan 11 turda ilk qələbəsi olub.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Rüfət bu görüşdə sarı vərəqə də alıb.
Qeyd edək ki, 11 turdan sonra "Moyzelvits" 8 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.