Qəbələnin rəqibi məğlub olub, liderliyi əldən verdi
23 oktyabr 2016 19:45
Futbol üzrə Belçika çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Brügge" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Qeyd edək ki, "Anderlext" 11 turdan sonra 21 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.