Qarabağın rəqibi doğma meydanda qalib gəldi
23 oktyabr 2016 19:15
Futbol üzrə Çexiya çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi doğma meydanda "Hradeç"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Slovan" hazırda 12 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.